Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” azarkeşlərinə - Müraciət
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Azərbaycanın “Qarabağ” klubu C qrupunda İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klubları ilə mübarizə aparacaq.

Ölkə.az-ın məlumatına görə, klub rəsmi Facebook səhifəsində azarkeşlərinə müraciət edərək qarşılaşacağı rəqiblərin sosial şəbəkələrdəki hesablarında təhqirlərə yol verməməyi xahiş edib.

“Xahiş edirik ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq.

Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq. Anlayışınız üçün təşəkkür edirik”.

Son xəbərlər
Bütün xəbərlər »