Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Madonnanın “Eurovision”da Fələstinə açıq dəstəyi İsraili qəzəbləndirdi - Foto

Amerikanın pop ulduzu Madonna İsrailin paytaxtı Tel-Əvivdə keçirilən “Eurovision” musiqi yarışmasının finalında qalmaqal yaradıb.

Həm Madonna, həm də İslandiyanın “Hatari” qrupu Fələstin bayrağını nümayiş etdirərək, təşkilatçı ölkəni qıcıqlandırıblar.

Bizimyol.info xəbər verir ki, Madonna qonaq kimi səhnədə ifa edərkən çıxış edərkən iki rəqqasın kürəyində İsrail və Fələstin bayraqları görünüb.

Madonna Eurovision Madonna "Eurovision 2019" | Foto: Getty Images

Yarışmada 26-cı yeri tutan islandiyalılar canlı efirdə onların nəticələri elan olunarkən Fələstin bayrağını nümayiş etdiriblər. Bir müddət sonra onlar sosial şəbəkələrdə təşkilatçıların onlardan həmin bayraqları necə aldıqlarını göstərən videonu paylaşıblar.

Yarışmanın təşkilatçıları bildirib ki, Madonnanın çıxışı zamanı bayraqların nümayiş etdirilməsi Avropa Yayım Birliyi və İsrailin “Kan” ictimai televiziyası ilə razılaşdırılmamışdı.

“Eurovision” musiqi yarışmasıdır, siyasi məsələ deyil. Bu, Madonnanın diqqətinə çatdırıldı”,- deyə təşkilatçıların yaydığı press-relizdə bildirilir.

O da qeyd olunub ki, yarışmadan sonra Avropa Yayım Birliyi islandiyalıların davranışı və onlara qarşı mümkün cəza tədbirlərini müzakirə edəcək.

Son xəbərlər
Bütün xəbərlər »