Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo yenə Messini qabaqladı
Bu gün, avqustun 24-də, Monakoda keçirilən tədbirdə 2016/2017 mövsümünün ən yaxşı futbolçularının adı açıqlanıb.

Oxu.az-ın məlumatına görə, ötən il olduğu kimi, ən yaxşı oyunçu adına Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo layiq görülüb.

Ronalda komandası ilə birlikdə ötən mövsüm Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub. Portuqaliyalı futbolçu Çl-də ümumilikdə 11 qol vurub.

Kriştiano “Barselona”nın futbolçusu Lionel Messi və “Yuventus”un kapitanı Canluici Buffonla mübarizədə qabaqlayıb.

Ən yaxşı qapıçı adına Canluici Buffon (“Yuventus”), müdafiəçi adına Serxio Ramos (“Real”), yarımmüdafiəçi adına isə Luka Modriç (“Real”) layiq görülüb.

Son xəbərlər
Bütün xəbərlər »