Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət qulluğuna qəbul üçün keçid ballarında dəyişiklik
Dövlət qulluğuna qəbul üçün keçid ballarında dəyişiklik
Azərbaycanda dövlət qulluğuna qəbul üçün keçid ballarında dəyişiklik edilib.

Trend-in verdiyi məlumata görə, bunu Azərbaycan Texniki Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

Onun sözlərinə görə, əvvəl nazirliyin mərkəzi aparatında məsləhətçi vəzifəsi üzrə keçid balı 75 bal idisə, indi həmin vəzifə üzrə keçid balı 70 müəyyən edilib. Eyni zamanda, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə məsləhətçi vəzifəsi üzrə keçid balı 70 idisə, indi bu, 65 bal müəyyən edilib.

V.Əsgərov qeyd edib ki, artıq daha yüksək dövlət qulluğu vəzifələrinin müsabiqə ilə keçirilməsi nəzərdə tutulur:

“Əvvəl inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə dövlət qulluğuna qəbul müsabiqə ilə keçirilirdi. Lakin artıq aparat rəhbəri, şöbə müdiri kimi vəzifələr də müsabiqə ilə keçiriləcək”.

V.Əsgərov deyib ki, əvvəl dövlət qulluğuna qəbul üçün test imtahanı hər bir vəzifə üzrə həyata keçirilirdisə, indi test imtahanının vəzifə qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Test imtahanları buna uyğun olaraq, müxtəlif məzmunda təşkil ediləcək.

Şöbə müdiri əlavə edib ki, test imtahanlarında istifadə edilən tapşırıqlarla bağlı da müəyyən dəyişikliklər edilib. Artıq test imtahanlarında açıq tipli test tapşırıqlarından və essedən istifadə olunma nəzərdə tutulur:

“Bu test tapşırıqları qruplardan asılı olaraq müəyyən ediləcək. DİM tərəfindən müəyyən ediləcək ki, hansı vəzifə qruplarında hansı tapşırıqlardan istifadə ediləcək”.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »