Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan prezidenti indi də itlər barədə kitab yazır

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov alabay cinsli köpəklər barədə kitab yazmağa başlayıb.

Lenta.ru-nun məlumatına görə, prezident atçılıq kompleksinə səfər edərkən, alabay cinsli köpəklərə də baş çəkib , daha sonra bu itlər barədə kitab yazmağa qərar verib.

Qeyd edək ki, bu prezidentin qırxıncı kitabı olacaq. Prezidentin mart ayında dərc olunmuş son kitabı axaltəkə atlarına həsr olunmuşdu.

Türkmənistanda alabay köpəklərinə dövlət simvolu statusu verilib. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »