Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir il KFC-ni aldadaraq müftə yedi

Cənubi Afrika Respublikasında yaşayan bir tələbə restoranda pulsuz yeməyin yolunu tapıb. O, bir il KFC-ni yoxlama adıyla aldadıb.

Bizimyol.info xəbər verir ki, oğlan qida şəbəkəsinin restoranlarından birinə gələrək özünü baş ofisin əməkdaşı kimi təqdim edib. Avantürist hər gün yeməklərin keyfiyyətini yoxlayacağını bildirib. O, yaxşı geyinir, mətbəxi ciddi yoxlayır, əməkdaşlarla uzun-uzadı söhbət edirmiş. Təbii ki, bütün yeməklərin də dadına baxırmış.

Bir il sonra fırıldaq üzə çıxıb. KFC-nin həmin restoranı polisə şikayət edib. Tələbə həbs olunub. KFC əməkdaşlarının firkincə, o, əvvəllər bu şəbəkədə işləyib. Yoxsa özünü bu qədər peşəkar aparmazdı.

Son xəbərlər
Bütün xəbərlər »