Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Real" "Barselona"nı geridə qoydu

“Real” 2019-cu ilin ən bahalı futbol brendi sayılıb. “Brand Finance” şirkətinin versiyasına görə, Madrid klubu hamıdan öndədir.

Bizimyol.info xəbər verir ki, son bir ildə “Real”ın dəyəri 27 faiz artıb. İndi İspaniya klubunun qiyməti 1 milyard 646 milyon dollardır.

Mançester Yunayted Mançester Yunayted

Uzun illər cədvələ başçılıq etmiş “Mançester Yunayted” ikinci yerdədir. İngiltərə klubunun dəyəri 5,8 faiz azalıb və 1 milyard 472 milyon dollar olub.

"Barselona" futbol klubu "Barselona" futbol klubu

Sonrakı pillələri “Barselona” (1 milyard 393 milyon), “Bavariya” (1 milyard 314 milyon), “Mançester Siti” (1 milyard 255 milyon), “Liverpul” (1 milyard 191 milyon), “Çelsi” (968 milyon) və PSJ (916 milyon) tutur.

“Brand Finance” milli çempionatların da cədvəlini tərtib edib. İngiltərə Premyer Liqası liderdir (8 milyard 683 milyon). İngilislərin ən yaxın izləyicisi İspaniya La Liqası (3 milyard 998 milyon), Almaniya Bundesliqası (3 milyard 815 milyon) və İtaliya A seriyasıdır (2 milyard 1 milyon).

Son xəbərlər
Bütün xəbərlər »