Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərənin futbol klubu bin Ladenlə əlaqədə ittiham olunur

İngitərənin “Şeffild Yunayted” futbol klubu “Əl-Qaidə” terror təşkilatının rəhbəri Üsamə bin Ladenin ailəsindən 3,5 milyon avro kredit alıb. “Independent” qəzeti bu haqda məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, London Ali Məhkəməsinə bununla bağlı sübutlar təqdim olunub. Sənədlərdə klub üzərində tam nəzarəti ələ keçirmək üçün Kevin Makkeyb və Səudiyyə Ərəbistanı kral ailəsinin üzvlərindən şahzadı Abdulla bin Mosaad bin Əbduləziz Əl-Səudun mübarizə apardığı üzə çıxıb.

Şahzadənin vəkili Andreas Qledhillin dediyinə görə, pul klubun hesabına bin Laden ailəsindən daxil olub. Makkeyb vəsaitin haradan gəlməsindən xəbəri varmış. Şahzadə məlumatsız olduğunu bildirir.

“Şeffild Yunayted” bu mövsüm “Çempionşip”də ikinci yeri tutub. Deməli, Şeffild klubu gələn mövsümdən yüksək liqada çıxış edəcək.

Son xəbərlər
Bütün xəbərlər »