Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada sürücüsüz uçan taksilər havaya qalxdı - Video

Almaniyanın “Lilium” şirkəti uçan taksilər hazırlayıb. Startap yeni məhsulu ictimaiyyətə təqdim edib.

Bizimyol.info xəbər verir ki, taksilərin daha bir özəlliyi sürücüsüz işləməsidir. Şirkət dünyada bu avtomobilin analoqu olmadığını iddia edir. Çünki heç bir belə maşın bortuna 5 nəfəri götürə bilməz. Adətən, bu formatlı taksilər 2 yerlik olur.

Yeni taksilər sınaqdan da keçirilib. Havaya qalxıb, bir müddət səma vaxt keçirib, rahatca eniş edib. Maşının elektroenerji bloku 300 km qət etməyə imkan verir.

Almaniyada uçan taksi Foto: LILIUM

“Lilium”in yaradıcılarından və icraçı direktoru Deniel Biqand deyir ki, yerlərin sayını 2-dən 5-ə artırmaq üçün çox çalışıblar: “Daha çox adamın səyahət etməsini istəyirdik”.

Taksi 36 elektromühərriki işə salır. Bu mühərriklər rahat uçuş keçirməyə və üfüqi eniş etməyə şərait yaradır. Şirkətdən deyirlər ki, bir mühərrik yarım saatlıq uçuşu təmin edir.

“Airbus” və “Uber” də uçan taksilər layihəsi üzərində xüsusi işləyir. Bu ideyanın tərəfdarları şəhər əhalisinin daha mobil daşınmasının təmin olacağını, ətraf mühitin nisbətən az çirklənəcəyini müsbət amil kimi qeyd edirlər.

Son xəbərlər
Bütün xəbərlər »