Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lokomotiv" klubu bərpa olunur, baş məşqçi də açıqlandı

Fəaliyyətini dayandıran “Lokomotiv” voleybol klubu bərpa olunur.

Komandanın yenidən qurulması istiqamətində artıq ilk addımlar atılıb.

Belə ki, “dəmiryolçular” qadınlardan ibarət klubu gənc və kifayət qədər təcrübəli mütəxəssis Ziya Rəcəbova həvalə ediblər. Artıq tərəflər arasında razılaşma da olub.

Azərbaycan millisinin aparıcı oyunçularından olmuş Rəcəbov “Lokomotiv”ə kimi, “Rabitə” və “Telekom” komandalarında çalışıb. O, Azərbaycan tarixində böyük uğur qazanmış klubla dünya çempionatında, Çempionlar Liqasında və Superliqada dəfələrlə mükafatçılar sırasında düşüb. Mütəxəssis ardınca “Azəryol”a baş məşqçi təyin olunub və debütdəcə “yolçəkənlər”i CEV kubokunda yarımfinala yüksəldib.

Yığmada da məşqçi kimi çalışan Rəcəbov onlarla İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

Qeyd edək ki, “Lokomotiv”in kişilərdən ibarət komandasının da bərpa olunacağı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »