Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” futbolçularından İlham Əliyevə hədiyyə – FOTO
Prezident İlham Əliyev bu gün “Qarabağ” futbol klubunun heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, klubun prezidenti Tahir Gözəl klub adından ölkə başçısına xatirə hədiyyəsi təqdim edib.

Prezidentə “Qarabağ”ın 10 nömrəli forması, eləcə də, üzərində futbolçuların avtoqrafı olan top hədiyyə olunub.

Qeyd edək ki, ölkə başçısı 3 il əvvəl də “Qarabağ”ın heyətini qəbul etmişdi. Həmin görüşdə də dövlət başçısına 10 nömrəli forma hədiyyə olunub.

[gallery columns="1" size="full" ids="16741">

Son xəbərlər
Bütün xəbərlər »