Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu 10 tarixi şəxsiyyətin adı əslində fərqlidir - FOTOLAR
Bu dəfə tarixi şəxsiyyətlərin sonradan götürdükləri adlar üzərində dayandıq.

Sizin üçün maraqlı olacağını düşünərək, tarixdə böyük iz qoymuş siyasi xadimlər haqqında bilmədiyiniz bir neçə nüansı toplamaq qərarına gəldik. Bu dəfə onların sonradan götürdükləri adlar üzərində dayandıq. Beləliklə bizim həmin adlarla tanıdığımız 10 görkəmli tarixi şəxsiyyəti sizə təqdim edirik:

10. II Yekaterina

II Yekaterina 1729-cu ildə Prusiya imperiyasının tərkibinə daxil olan Şetsen şəhərində doğulmuşdu. Əsl adı Sophie Friederike Auguste idi. O, Prusiya imperiyasına aid Anhalt-Çerbstin knyazı Xristiyan Avqustun qızıdır. Gələcək həyat yoldaşı III Pyotr ilə ilk tanış olduqlarında hər ikisinin 10 yaşı var idi və Yekaterinanın ondan heç xoşu gəlməmişdi. Onlar hətta evləndikdən sonra da aralarında ciddi bağ yaranmamışdı. Sophie ondan uzaq gəzməyə çalışırdı. Daha sonra adını Yekaterina ilə əvəzləyərək rus təbəələrinin onu daha rahat mənimsəməsi üçün ağıllı bir addım atdı. Tarixdə dönüş yaradan hadisələrdən sonra III Pyotr rus çarı oldu və Yekaterinanın istədiyi imkan əlinə düşdü. 6 ay sonra saraydaxili bir çevriliş edərək, Pyotru taxtdan salmağı və taxt-tacı öz əlinə keçirməyi bacarmışdı. Məhz bundan sonra Rusiyanın qızıl çağı deyilən bir dövr başlayır, rus təbəələri isə imperatriçanı “Böyük Yekaterina” adlandırır.

9. Nelson Mandela

Qəbiləsinin adı olan “Madiba” adıyla da xatırlanan Mandela ölkəsində ata mənasına gələn “Tata” və baba mənasındakı “Khulu” ləqəbləri ilə də çağırılır.

Nelson Mandelanın həqiqi adı isə Rolihlahla’dır. Atasının qoyduğu bu ad müasir dildə “problem yaradan” mənasına gəlir. Onun adınə dəyişməsi heç də təəccüblü deyil.

8. Lev Trotskiy

Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qızıl Ordunun qurucusu və ilk rəhbəri Lev Trotskinin əsl adı Leyba Davidoviç Bronstein olub. Öz siyasi baxışlarına görə Sibirə sürgün edilmiş bu görkəmli siyasi xadim, ilk fürsətdə oradan qaçıb yenidən normal həyata qayıtmaq şansından yararlanaraq, bir keşikçinin pasportunu oğurlayır və sürgündən qaçmağa müvəffəq olur. O məhz həmin pasportdakı adı ad və soyadı ilə də bütün dünyaya tanındı – Lev Trotskiy.

7. Willy Brandt

Əsl adı Herbert Ernst Karl Frahm’dır. 1929-cu ildə Sosialist Gənclik hərəkatına, 1930-cu ildə isə Sosial Demokrat Partiyasına üzv olub. Ancaq işlər gözlənildiyi kimi getmir. Nasistlərin iqtidarda güclərinin artmasından sonra sosial demokratlar təxribatlarla qarşılaşır və onlar rejimin təsiri altına salınmağa çalışırdılar. Ernst 1933-cü ildə şəxsi tanışlıqlarından istifadə edərək Gestapo rejimindən can qurtarmaq üçün Norveçə qaçmağa müvəffəq oldu. Burada da Nasist cəsuslarının təqibindən sığortalanmaq üçün Villi Brandt adını götürür və 1948-ci ildə bu adı rəsmiləşdirir. O illər sonra Nobel mükafatını da məhz bu ad ilə qəbul edəcəkdi.

6. Geronimo

Apaçi qəbiləsinin qəhrəmanı da bu adla doğulmamışdı. Meksikalılar qəbiləsinə hücum edib, bütün ailəsini qətl etməmişdən əvvəl onun adı “Goyalhka” idi. Bu hücumdan sonra bütün həyatı dəyişən qəhrəman, artıq daha əsəbi və səbrsiz olmuşdu. Xüsusilə də meksikalılara qarşı qəddar hücumlar təşkil edirdi. Üzərinə yağan güllələrə məhəl qoymadan, bir neçə meksikalının üstünə atılaraq onları bıçaqla öldürdüyü iddiaları var. Daha sonralar ona “Geronimo” adı verildi, bunun da mənası ölümün əzizi demək idi.

5. Caligula

Doğulduğu zaman ona Gaius adı qoyulmuşdu. Germanicus adlı tanınmış hərbçinin oğlu idi. Atası onu müharibə meydanlarına apardığı zaman balaca əsgər geyimi geyindirirdi. Ayaqqabıları da təbii olaraq normal əsgər ayaqqabılarından olduqca kiçik idi. Caligula da məhz kiçik ayaqqabılar deməkdir, ona da bu ləqəb verilmişdi. Özü bu ləqəbi heç sevməsə də, bu adla tanındı. Lakin etdikləri ilə bu ada elə bir qorxulu məna verdi ki, bu gün dünyanın bütün çılğın diktatorları bu adla bir tutulur.

4. Lenin

Adı Vladimir İliç Ulyanov olub. Öz adını Lena çayından ilhamlanaraq götürən Lenin daha sonra bu adla o qədər seviləcəkdi ki, heç kim Ulyanov soyadını xatırlamayacaqdı.

3. Çingiz xan

Görkəmli monqol hökmdarı və sərkərdəsi Çingiz xanın əsl adı Temuçin idi. Mövhumatçı ata tatarlarla müharibədə qələbə qazanmasının əlamətini ilk övladının dünyaya gəlməsində gördüyündən ona sərkərdə Temuçinin adını qoymuşdu. 1206-cı ildə isə o Çingiz adını götürərək, bütün dünyada da məhz bu ad ilə tanındı.

2. Lao Tzu

Taoizmin banisi olan Lao Tzu’nun əsl adı Li Er yani “uzun qulaq” anlamına gəlirdi. Bu qədər böyük bir cərəyanın başçısı üçün uyğun olmayan adı əvəzləyərək, mənası “Böyük Ustad” anlamına gələn Lao Tzu adı ilə tanındı.

1. Che

Che Guevara’nın əsl adı Ernesto Guevara de la Lynch/Serna idi. Ernesto 1953-cü ildə Quetamalaya yola düşür. Bütün argentinalılar kimi o da fikrini tamamladıqda tək hecalı “che” sözündən istifadə edirdi, Mərkəzi Amerika sakinləri isə argentinalıları ələ salmaq üçün onlara “che” deyirdi. Bir gün Quetamalada Ernesto Guevara’nı görən Nico Lopez yanındakı dostuna “Bax, Che: Argentalı.” deyir. Məhz bundan sonra Ernesto “Che” deyə çağırılmağa başladı və bütün dünya tarixinə də bu ad qızıl hərflərlə yazıldı.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »