Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət başçısı: "Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb"
Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyəti ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir".

Son xəbərlər
Bütün xəbərlər »