Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Demədiyim sözləri yazıblar. Mən “Qızıl top”u həmişə Messiyə verərdim”

“Mançester Siti”nin futbolçusu Serxio Aquero Avropanın bəzi mətbu orqanlarında gedən fikrin ona məxsus olmadığını deyib. Argentinalı heç vaxt “Qızıl top”u Çempionlar Liqasının finalına çıxan oyunçu almalıdır” ifadəsini işlətmədiyini söyləyir.

Bizimyol.info xəbər verir ki, 30 yaşlı futbolçu “Twitter”də məsələyə aydınlıq gətirib: “Demədiyim sözləri yazıblar. Mən “Qızıl top”u həmişə Messiyə verərdim. Xüsusilə bu mövsümdə olduğu kimi oynasa. Soruşdular ki, mən bu il mükafatı almalıyammı? Cavab verdim ki, bunun üçün Çempionlar Liqasının finalına çıxmalıyam. Fikrimi çox aydın ifadə etmişdim”.

Serxio Aquero Serxio Aquero | Foto: Sky SPorts

Aquero 2006-cı ildən Messi ilə birlikdə Argentina milli komandasının formasını geyinir. 50-dən çox qarşılaşmada birlikdə oynayıblar.

Son xəbərlər
Bütün xəbərlər »