Bazar , 25 Avqust, 2019
Baş səhifə / Sosial-İqtisadi / Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

22 Views

Neft

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 74,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,44 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 72,65 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur. (Trend.az)