Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sınaq sürüşü zamanı 2 milyonluq “Ferrari”ni oğurladı

Almaniyada bazar qiyməti azı 2 milyon avro olan “Ferrari” sınaq yoxlanışı zamanı oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, Düsseldorf şəhərində 1985-ci il istehsalı olan “288 GTO” modelini almaq istədiyini söyləyən bir nəfər şəxs onu sınaq üçün sürmək istəyib. 2 saatlıq test sürüşündən sonra avtomobili saxlayan oğru satıcı endikdən sonra yenidən qaza basaraq oradan uzaqlaşıb. Polis oğurlanmış” Ferrari”ni qəsəbələrin birinin qarajında tapıb. Hazırda polis oğrunun tutulmasına çalışır.

Qeyd edək ki, “288 GTO” modeli dünyada 272 ədəddir.

Son xəbərlər
Bütün xəbərlər »