Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Rövşən oxucularına "Sevgi açarı"nı təqdim edib - Fotolar

Tanınmış şair, yazıçı Ramiz Rövşənin işıq üzü görən yeni kitablarının təqdimat mərasimi keçirilib.

Bizimyol.info xəbər verir ki, kitab mağazalarının birində baş tutan mərasimdə Ramiz Rövşənin 3 yeni kitabı təqdim edilib.

Onun "Sevgi açarı" adlı şeirlər toplusu, "Göyərçinim, gəl görüm" adlı şeirli, şəkilli əlifbası və "Gizlənmişəm tap məni" adlı kitabı oxuculara təqdim edilib.

Təqdimat mərasimi tanınmış simaların, şairlərin və çoxsaylı oxucuların iştirakı ilə baş tutub, sonda isə Ramiz Rövşən oxucularının əldə etdiyi kitabları imzalayıb.

Təqdimat mərasimindən çəkilən fotoşəkilləri oxucularımıza təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »