Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur “Pokemon. Detektiv Pikaçu” animesi premyeradan 3 gün öncə “CinemaPlus”da nümayiş olunub
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan 3 gün öncə məşhur “Pokemon. Detektiv Pikaçu” animesinin kinoadaptasiyası nümayiş olunub.

Qonaqlar arasında uşaqlar da var idi. Tədbirdə balaca qonaqların üzünə Pikaçu obrazını çəkən rəssam iştirak edirdi.

Rejissor Rob Lettermanın amerikan-yapon istehsallı və komediya-fantastik janrlı filmi Pokemon videooyunu əsasında çəkilib.

Filmin süjetinin mərkəzində məşhur ekstra-səviyyəli özəl detektiv Qarri Qudmanın (Pol Kitson) oğlu 21 yaşlı Tim Qudmandır (Castin Smit). Atasını tapmaq qərarı verən Tim, onun axtarışlarına başlayır və təsadüf nəticəsində öz keçmişindən heç bir şey xatırlamayan pokemon Pikaçu (Rayan Reynolds) ilə rastlaşır. Səylərini birləşdirən Tim və Pikaçu pokemonların insanlar ilə birgə yaşadığı Raym Sitinin küçələrinə yollanırlar.

Tədbirin təşkilində öz dəstəklərini Lunchef catering MMC və Ceylan MMC göstərmişdilər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Son xəbərlər
Bütün xəbərlər »