Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrana qarşı 120 minlik qoşun göndərmək planı

The New York Times yazıb ki, ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şenahen Prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə aparıcı köməkçiləri ilə görüşdə İran İslam Respublikası ilə bağlı “yenilənmiş plan” təqdim edib. Palan görə əgər İran nüvə silahının hazırlanması üzrə işləri sürətləndirsə və Amerika qüvvələrinə hücum etsə, Yaxın Şərqə 120 min nəfərlik ordu qruplaşması göndırmək lazımdır. Tpamp Adminstrasiyasının məmurları bu məlumatı qəzetlə bölüşüblər.

Plana dəyişikliklər Tpampın milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun başçılığı ilə sərt xəttin tərəfdarlarının təsiri ilə edilib. Qəzet yazır ki, bununla belə yerüstü əməliyyatlar nəzərdə tutulmur; bunun üçün daha çox qüvvə lazımdır. Nəşr yazır ki, bu, Boltonun - Administrasiyada İranla qarşıdurma tərəfdarı olan “qırğılar”ın təsirini göstərir. Bu səylər 10 il qabaq da edilmişdi, ancaq Prezident Buş bu planı qəbul etməmişdi. Qəzet yazır ki, hazırda Əfqanıstandan və Suriyadan qoşunları çıxarmağa çalışan Donald Trampın bu plana “hə” deyəcəyi və Yaxın Şərqə yenidən bu qədər böyük silahlı qüvvə göndərəcəyi də şübhə doğurur. Administrasiyada bu məsələ ilə bağlı fkir ayrılıqları var; tərəflərdən biri gücə istinad etməyi, o bidi tərəf isə, diplomatik danışıqlar yoluna üstünlük verməyi təklif edir. Bu arada ABŞ-ın Avropadakı müttəfiqləri də Dövlət katibi Maykl Pompeo ilə görüşdə “ABŞ-la İran arasında münasibətlərin gərginləşməsindən və münasibətlərin “ehtiyatsızlıqdan nəzarət altından çıxa biləsəyindən narahat olduqlarını bildiriblər.”

Plandan xəbərdar olan hərbi məmurların bir çoxu qəzetə detallı məlumat ötürüblər. Şenaxenin mətbuat katibi və Qərargah rəislərinin Birləşmiş Komitısinin sədri, general Jozef Danford şərh verməkdən imtina ediblər. Administrasiya məmurlarında narahatlıq doğuran odur ki, bu qədər qüvvə 2003-cü ildə İraka müdaxilə zamanı olan qüvvə qədərdir və bu, İrana daha çox hədəflərə hücum etmək üçün əsas və imkan verəcək, eyni zamanda ABŞ uzun müddət davam edən konfliktə cəlb ounacaq ki, bu da Prezident Obama dövründə başlamış hərbi büdcə ixtisarlarını dayandırmış olacaq.Bundan başqa milli təhlükıszilik üzrə iki amerikalı məmur qəzetə deyib ki, Donald Tramp üçün Irana belə miqyaslı müdaxiləni əsaslandırmaq və ABŞ-ın İrandan qaynaqlanan nüvə təhlükəsi ilə üzləşdiyini isbatlamaq çətin olacaq; 2016-cı ildə İran nüvə yanacağının 97 faizini ölkədən çıxarıb və atom bombası üçün lazım olan qədər yanacaq miqdarına malik deyil. İran uranı zənginləşdirməkdə davam etsə, bu miqdarı bir ilə bərpa edə bilər, onu bombaya çevirmək isə daha çox vaxt alar. Bu da ABŞ-a cavab tədbirlərini hazırlamaq üçün vaxt verər deyə düçşünülür.

Xatırladaq ki, Nitro Zeus kod adlı əvvəlki planda kiberhücum əməkiyyatı apararaq İranın iri şəhərlərini, enerji sistemini və silahlı qüvvələrini elektrik enerjisindən məhrum etmək və ilk vaxtlarda İranın müqavimətini ləngitmək nəzərdə tutulurdu. Ancaq bu da risk daşıyırdı; yanvarda Amerika kəşfiyyat strukturlarının Konqresə verdiyi məlumata görə, İran hakerləri ABŞ-dakı hədəfləri dağıtmaq imkanına sahibdirlər.

Qəzet yazır: “Con Bolton 2018-ci ilin aprelində Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi olandan bəri İranın təcrid olunması və Tehrana təzyiq siyasətini aktivlşdirib. Corc Buşun administrasiyasında məmur olanda da İran liderlərinə düşmənçilik mövqeyindən çıxış edirdi. Sonralar işdən kənarda olduğu zamanda da belə Irana hərbi zərbə və rejimin dəyişməsi çağırışları da etmişdi”.

Son xəbərlər
Bütün xəbərlər »