Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
96 yaşlı kişi yenidən evlənir, gəlinin 78 yaşı var

Onun 78 yaşlı rəfiqəsi ilə ailə quracağı gün də dəqiqləşib.

96 yaşlı Norveçli milyarder Olav Ton 78 yaşlı keçmiş hakim Sessil Berdal haqa ilə evlənir. Bu haqda Tonun sözçüsü Eva Nyuqaard məlumat verib. Bizimyol.info xəbər verir ki, bu haqda Norveçin nüfuzlu Nettavinsen Ekonomi portalında yazı dərc olunub. Onlayn nəşrin məlumatına görə, toy iyunun 21-də milyarderə məxsus otellərdən birində olacaq.

Portala müsahibəsində “təzə gəlin” Ssessil Berdal Haqa “Bəy”in 96 yaşının olmasından narahatlıq keçirmədiyini bildirib: “Bu ki əladər; ikimizin 175 yaşımız var. Qərarımızdan məmnunuq”.  O, bal ayının olacağını da istisna etməyib: “Bu haqda suala qayıdarıq”.

Ton və Haqa artıq 30 ildir ki, birlikdədirlər. Milyarderin həyat yoldaşı İnger Yohan ötən ilin aprelində uzun sürən aöır xəstəlikdən sonra vəfat edib. Tonun İngerdən övladı da olmayıb və milyarder bundan narahat da deyil. Haqa ilə birlikdə olduğu müddətdə Ton arvadından ayrılmayıb və bu səbəbdən “qız dostu”na evlənmə təklifini İngerin ili çıxana saxlayıb. Portal yazır ki, Ton martda Nettavinsen-ə müsahibəsində 100 yaşında toy edəcəyini desə də, “o qədər uzun müddət gözləmək istəməyib”.

Olav Ton Norveçdəki ticarət mərkəzlərinin 90 faizinə nəzarət edir və onun 6 milyard pulu var. Norveç qanunlarına görə, milyarder arvadından boşansa, varidatının yarısını ona verməlidir.

Yeri gəlmişkən, bu, heç də ailə quran ən yaşlı bəy və gəlin deyil. 2015-ci ildə daha əvvəl 27 il birlikdə yaşadığı 97 yaşlı Dorin Lakki ilə evlənən Corc Kirbinin öz toy günündə 103 yaşı vardı. Ancaq dünyanın ən yaşlı cütlüyü ABŞ-ın Nyu York Rokland şəhərində yaşayır. Onlar 82 ildir ki, evli olan Duranord Veilyard (108 yaş) və həyat yoldaşı Cinnedir (105 yaş).

Necə deyərlər, qoşa qarısınlar!

Bizimyol.info Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi hesabatına istnadla məlumat verir ki, 2018-ci ildə yaşı 60-dan yuxarı olan bəylərin sayı 665, o yaş qrupuna aid gəlinlərin sayı isə 157 oub. Norveçdə 96 yaşlı Ton 78 yaşlı sevgilisi ilə nikaha daxil olarkən Azərbaycanda yenə də rəsmi statistikaya görə, 2018-ci ildə hər 4 evlilikdən biri dağılıb. DSK-in məlumatına görə, əgər 2009-cu ildə qurulan ailələrin 9,97 faizi dağılıbsa, 2018-ci ildə bu rəqəm 24,26 faiz olub. Başqa sözlə, 10 il ərzində Azərbaycanda dağılan ailələrin sayı 2,4 dəfə artıb. Hələ bu rəsmi nikahların dağılmasının statistikasıdır. Bir çox hallarda, xüsusilə, kənd rayonlarında rəsmi nikah bağlamadan da ailə qurulması halları var. Onu da nəzərə aldıqda, boşanmaların sayının rəsmi göstəricidən daha çox olduğunu ehtimal etmək olar.

Son xəbərlər
Bütün xəbərlər »