Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"-da təhlükəli boşluq tapıldı: İstifadəçiləri güdürmüşlər

“WhatsApp”da bir boşluq xeyli insanın şəxsi həyatına müdaxiləyə imkan verib. Hakerlər istifadəçiləri güdmək üçün telefonlara xüsusi proqramlar yazmağa imkan tapıblar.

Bizimyol.info xəbər verir ki, təhlükəsizliyin pozulmasını 10 gün əvvəl “WhatsApp” özü aşkar edib. İdarəçi şirkət bundan sonra ABŞ hüquq-mühafizə orqanlarına və təhlükəsizlik mütəxəssislərinə məlumat verib.

Haker hücumunun mahiyyəti belə olub: əvvəlcə telefonlara zəng gəlib. İstifadəçi hətta zəngə cavab verməsə belə, zərərli proqramı yazmaq mümkün olub. Bundan sonra telefonun kamerası və mikrofonu onu güdməyə rahatca şərait yaradıb. Hücum o qədər dəqiq planlaşdırılıb ki, sonradan zəng haqqında bütün informasiya smartfonun yaddaşından silinib.

“Financial Times” qalmaqal haqqında material dərc edib. Qəzetin məlumatına görə, zərərli proqramı İsrailin “NSO Group” şirkəti hazırlayıb. Bu şirkət “kibersilah” hazırlamaqla məşğuldur. “NSO Group” məhsullarını, adətən, Qərb və Yaxın şərq xüsusi xidmət orqanlarına, hökumətlərinə satır.

“WhatsApp” bütün istifadəçilərinə ünvanlanan bəyanat yayıb. Hamı yeni versiyanı yeniləməyə çağırılır.

Son xəbərlər
Bütün xəbərlər »