Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağlamağın faydası da varmış: Göz yaşları ilə bağlı maraqlı faktlar

Göz yaşı həmişə kədər gətirmir. Bunun insana faydası da varmış.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “Stern” jurnalı göz yaşı ilə bağlı məqalə dərc edib. Alman nəşri göz yaşının insanı arıqlatdığını yazır: “İnsanlar müxtəlif səbəblərdən ağlayır. Tədqiqatçılar fiziki ağrıdan, sevincdən, stressdən, kədərdən yaranan göz yaşları arasındakı fərqi müəyyənləşdirməyə çalışır. Bunların müxtəlif təyinatı və kimyəvi tərkibi var. Göz yaşı təkcə emosiyalarımızı ifadə etməyə yox, həm də arıqlamağa şərait yaradır. Tədqiqatlar da belə deyir”.

Kaliforniyadakı Los-Altos şəhərindən olan oftalmoloq Aaron Noyfeldin dediyinə görə, “psixoloji göz yaşları” orqanizmə böyük təsir göstərir. Məsələn, çox gərginlik keçirəndə orqanizmdə kortizol səviyyəsi yüksəlir. Kortizol isə həmişə piylənməyə səbəb olur. Ağlamaq kortizolun düşmənidir.

“Stern” jurnalı emosiyaları hər hansı şəkildə ifadə etməyi tövsiyə edir. Ağlamaq isə ən effektiv üsuldur.

Son xəbərlər
Bütün xəbərlər »