Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kofenin zərərli miqdarı müəyyən olundu

Kofe ilə bağlı yayılan fikirlərdən biri odur ki, çox içmək zərərlidir. “Daily Mail” qəzeti bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Bizimyol.info xəbər verir ki, Cənubi Avstraliya Universitetinin elm adamları neçə fincan kofenin zərər vurmadığını müəyyənləşdiriblər. Məlum olub ki, gündə azı 6 fincan kofe ürək xəstəlikləri riskini 22 faiz artırır.

Mütəxəssislər bunun üçün 37-73 yaş arası 347 min insanın səhhətini tədqiq ediblər. Onların əksəri gündə orta hesabla 1,5 fincan kofe içdiyini bildirib. Tədqiqat göstərib ki, bir çoxunda kofein əmələ gətirən CYP1A2 geni yoxdur. Elm adamları deyir ki, kofeinə həssas adamlar ürək döyüntüsünün artmasından şikayət edir. Öyrəşənlər üçün bu amil bir o qədər əhəmiyyətli deyil.

Son xəbərlər
Bütün xəbərlər »