Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur karikaturaçıdan Bakı finalını ələ salan Kloppa "sillə" kimi cavab - Foto

Məşhur karikatura ustası Omar Momani Yurgen Kloppun Bakıda Avropa Liqası finalı əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Momani karikaturanı paylaşaraq üzərinə "Bizə qoşul, cənab Klopp. Azərbaycanda səhər yeməyi insanları bir araya gətirir və hər kəsi xoşbəxt edir. Bunu etmək lazımdır” şərhini yazıb.

Onun bu karikaturası böyük dəstək görüb. Karikaturada "Çelsi”nin baş məşqçisi Mauritsio Sarri, futbolçuları Nqolo Kante, Eden Azar, "Arsenal”ın futbolçuları Pyer-Emenike Obameyanq, Mesut Özil və Aleksandr Lyakazet yer alıb.(azxeber.com)

Xatırladaq ki, Klopp Avroliqa finalının Bakıda keçirilməsinə etiraz etmişdi. "Bilmirəm bu qərarı verənlər səhər yeməyində nə yeyiblər",- deyə baş məşqçi qərarı ələ salmışdı. Karikaturaçı da məhz həmin ifadəni hədəfə alıb.

Son xəbərlər
Bütün xəbərlər »