Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Eurovision-2019" mahnı müsabiqəsi başlayıb

Tel-Əvivdə “Eurovision-2019” mahnı müsabiqəsi başlayıb.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, müsabiqə 41 ölkənin nümayəndəsinin iştirakı ilə Tel-Əvivdəki Qabim teatrının qarşısında keçirilir.

Şəhərin cənub sahilindəki Çarlz Klora parkında “Avroviziya kəndi” açılıb. Təşkilatçıların bildirdiyinə görə, bu, müsabiqə tarixində ən böyük belə kompleksdir. 6 hektarlıq həmin ərazidə rəsmi fan-qruplar yerləşdirilib. Orada yayımları izləmək üçün 4 böyük monitor da quraşdırılıb.

Bildirilir ki, hazırda Tel-Əvivdə təhlükəsizlik tədbirləri yüksək şəkildə təşkil olunub. Müsabiqə müddətində təxminən 20 min polis qorumalara cəlb edilib.

“Eurovision-2019” müsabiqəsinin yarımfinalları mayın 16-da və 18-də baş tutacaq. Bu tədbirdə ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edəcək.

Son xəbərlər
Bütün xəbərlər »