Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərimizdə ən çox mikrob mənbəyi olan əşyalar

Evlərimizi nə qədər təmizləsək də, əslində tam təmizlik mümkün olmur. Ən ideal şəkildə təmizlik işləri görüləndə də evdə olan əşyalar gigiyenik baxımdan təmiz sayılmır.

Aparılan araşdırmalara görə, evlərdə olan bir sıra əşyalar xüsusən mikrob mənbəyi sayılır.

Bəs həmin əşyalar hansılardır?

Bu sırada ilk yerdə xalılar gəlir. Onlarda hər cür mikrob tapmaq mümkündür. Ona görə də xalçaları antibakterial vasitələrlə təmizləmək, silmək lazımdır. Əslində xalçalar hər gün təmizlənsə, daha yaxşı olar.

E-tibb.az bildirir ki, bu sırada ikinci yerdə qab-qacaq yuyulan süngərlər göstərilir. Onlarda minlərlə mikrob var. Aparılan araşdırmaya görə, bu süngərlərin hər kvadratsantimetrində 50 min bakteriya yaşayır. Ona görə də onları həftədə bir dəfə yenisi ilə əvəz eləmək vacib sayılır.

Məlumatlara görə, sanitar qovşaqların hər kvadratsantimetrində 230 minə yaxın bakteriya yaşayır. Nə qədər təmizlənsə belə, o mikrobları tamamilə yox etmək mümkün deyil. Bu səbəbdən sanitar qovşaqları tez-tez yuyucu vasitələrlə yumaq tövsiyə olunur.

Gün ərzində ən çox istifadə olunan noutbuklar, kompüterlər, telefonlar da başlıca mikrob mənbələridir. Toxunduğumuz hər yerdən əlimizə bulaşan mikroblar daha çox həmin əşyalarda toplanır. Əgər kompüter, noutbukun yanında yemək yesək, həmin mikrobların sayı daha çox olur. Ona görə də bu əşyaları tez-tez silmək sağlamlıq baxımından önəmlidir.

Son xəbərlər
Bütün xəbərlər »