Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada duzlu xiyar kəskin bahalaşıb: Bankası 45 dollara satılır

“Rossiyskaya qazeta”nın məlumatına görə, duzlu xiyar Nyu-Yorkda çox məşhurlaşıb və bahalaşıb. Hətta bir bankası 45 dollara satılan yerlər var.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər duzlu xiyarı çox faydalı sayır. Bu hazırlanmış məhsulun mayesi ağır məşqlərdən sonra orqanizmdə su-duz balansını qoruyur. Üstəlik, natrium və kaliumun optimal qarışması sayəsində qıcolmalara da imkan vermir.

Həmişə belə fikir formalaşıb ki, xiyar turşusunun, ümumiyyətlə, belə tutma məhsulların suyunu içmək zərərlidir. Halbuki tam əksinəymiş. Ürək-damar xəstəliklərindən əziyyət çəkmirsinizsə, xiyar turşusunun suyunu da içmək olar.

Duzlu xiyarın kalorisi də çox deyil. Məsələn, 100 qramda 12 kalori. Xiyar turşusu immuniteti artıran antioksidantlarla zəngindir, bağırsaqda faydalı mikroflorları artırır. Duzlu xiyarın çəkini, qandakı şəkəri azaltmaq xüsusiyyəti var.

Son xəbərlər
Bütün xəbərlər »