Çin elm adamları ölkənin şimal-şərqində Lyaonin vilayətində indiyə qədər alimlərin rast gəlmədiyi dinozavr skeleti aşkar ediblər.
Daha dəqiqi, söhbət pterozavrların nümayəndəsindən gedir.
Foto: Ancient FindsBizimyol.info xəbər verir ki, qədim heyvan qalığının 163 milyon yaşı var. Bu dinozavr pərdəqanadlılar növündən olub, uçmağı bacarırmış. Onun bədəninin müxtəlif yerlərində - başında, boynunda, çiyinlərində, qabaq ətraflarında pərləri varmış.
Foto: Ancient FindsDinozavr çox balaca olub, uzunluğu 30 santimetri keçmirmiş. Çəkisi 300 qramdan çox olmazdı.
Foto: Ancient FindsÇin paleontoloqları dinozavrı “Ambopteryx longibrachium” adlandırıb. Elm adamlarının fikrincə, bu heyvan növü Mezozoy erasının Yura dövründə yaşayıb.






