Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni rekord: Okeanı qayıqla yarım ilə keçdi - Fotolar

Rus səyyah Fyodor Konyuxov rekorda imza atmağı bacarıb.

O, Sakit okeanın cənub hissəsi olan Yeni Zelandiyadan Çiliyə qədər məsafəni qayıqda təkbaşına qət etmək vəzifəsinin öhdəsindən gəlib. Beləcə, Konyuxov bunu edən ilk insan kimi tarixə düşüb.

Fyodor Konyuxovun qayığı Fyodor Konyuxovun qayığı

Bizimyol.info xəbər verir ki, buna rus səyyahın 154 günü gedib. Konyuxov dünən Cənubi Amerikanın ən cənub nöqtəsi sayılan Qorn burnuna çatıb. Bununla da səyyah 11 min kilometrlik səfəri başa vurub.

Hərçənd, Fyodor ümumi gediləcək məsafənin hələ yarısını qət etməyib. Konyuxov daha 16 min kilometr üzməlidir. O, dekabrda buradan Avstraliyadakı Lyuin burnuna yola düşəcək. Gələn ilin sonlarında isə okeanla Avstraliyadan Yeni Zelandiyaya gedəcək. Beləcə, dünyanı bir dəfə dövrə vurmuş olacaq.

Fyodor Konyux öz qayığında Fyodor Konyux öz qayığında

Konyuxov əvvəllər də “Akros” qayığı ilə böyük məsafələri geridə qoyub. O, tarixdə ilk dəfə Sakit okeanın cənub enini qayığında keçmişdi. Çiliyə qədər yol isə onun dünyanı dövrə vurmaq baxımından altıncı cəhdidir.

Son xəbərlər
Bütün xəbərlər »