Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakı metrosunda 4 stansiyada işıqlar söndü
metro-vaqon-qatar - 0

"Bakı Metropoliteni"nin 4 stansiyasında texniki problem yaranıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 yanvar" stansiyalarının daxili işıqlanmasında problem yaranıb: "Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldırılıb və qatarlar normal qrafiklə hərəkət edir".

B.Məmmədov bildirib ki, elektrik enerjisində problem yalnız stansiyaların işıqlandırılmasında baş verib, qatar xəttində gərginlik dayanmayıb.

Paylaş »
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Arxasında minlərlə cəsəd buraxan pərdə arxasındakı qatil...
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
››› İranda koronavirusdan ölənlərin sayı artıb
››› Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı - Foto
Son xəbərlər
Bütün xəbərlər »