Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xələf Xələfov: "Gürcüstan tərəfi ilə gələn həftə görüşəcəyik"

Gələn həftə Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək. Həmin görüşdə məsləhətləşmələr aparılacaq: “Həmin məsləhətləşmələr çərçivəsində komissiyasının iclasının gündəliyini və vaxtını müəyyən edəcəyik”.

“Bizimyol.info” xəbər verir ki, bunu jurnalistlərə Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

“Sərhəd məsələsi dövlət səviyyəsindəki mühüm məsələdir. Hərtərəfli danışıqlar gedir, artıq sərhədin xeyli hissəsi müəyyənləşdirilib. Gələn həftə Gürcüstandakı komissiyanın yeni təyin olunan rəhbərilə görüşümüz nəzərdə tutulur. Həmin görüşdə növbəti iclasın tarixi və yeri təyin olunacaq”, - deyən nazir müavini bildirib.

"Gürcüstan tərəfilə bu məsələ ilə 1996-cı ildən məşğuluq. Qonşu ölkələr arasındakı sərhədin delimitasiyası barədə son zamanlar səsləndirilən bəzi ziddiyətli bəyanatlar nə Gürcüstan, nə də Azərbaycan dövlətinin və xalqının mənafelərini uyğun deyil", deyə X.Xələfov vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »