Çərşənbə axşamı , 23 İyul, 2019
Baş səhifə / Reportaj / Jurnalist “Qul bazarı”nda iş axtardı – Video

Jurnalist “Qul bazarı”nda iş axtardı – Video

425 Views

Rəsmi statistikaya görə Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Müstəqil ekspertlər isə bu rəqəmin daha böyük olduğunu bildiriblər.

Ekspertlərin sözlərinə görə, işsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur. Amma ölkədə qeyri-rəsmi məşğulluğun miqyası həddən artıq böyük olduğu deyilir.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında, 3-cü mikrorayon dairəsində “Qul bazarı”nda olub, iş axtaranlarla söhbət edib, onlarla birlikdə iş axtarıb.

“Mən küçədə yaşayıram. Evsizəm. İşsizəm. Sizinlə işləyib çörək pulu qazanmaq istəyirəm. Sizlə işləmək olar?” sualına “Qul bazarı”nın işçiləri maraqlı cavablar veriblər.

Mövzu ilə bağlı hazırlanan videonu təqdim edirik: