Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kənd adamları arasında piylənmə daha sürətlə gedir

“İqlim təhdidləri, bitki xəstəlikləri, ağır aclıq... Dünyada həmişə kənd yerləri tarixən doyunca qidalanmamaqla assosiasiya olunub. Amma son onilliklərdə kəndlərdə böyük piylənmə müşahidə edilir”. “Nature” jurnalındakı araşdırma bu cümlələrlə başlayır.

Bizimyol.info xəbər verir ki, “Le Monde” qəzeti piylənmə ilə bağlı məqalə dərc edib. Jurnalist Matilda Jirar yazır: “London İmperiya Kollecinin tibb fakültəsinin professoru Məcid Ezzatinin rəhbərliyi ilə araşdırmaçılar qrupu 200 ölkədən 112 milyon insanın skrininqini tədqiq etmişdi. 1985-ci ildən sonra 22 il ərzində qadınlarda bədənin həcmi 2 kq/m2, kişilərdə isə 2,2 kq/m2 artıb. Artımın 55 faizi kənd əhalisinin payına düşür. Əhali gəlirləri çox az olan ölkələrdə bu rəqəm 80 faizə yüksəlir. Afrikadan Saxaraya qədər olan ərazini saymasaq, dünyanın qalan hissəsində kənd adamları daha tez piylənir”.

Məcid Ezzati deyir ki, araşdırma bir çox stereotipləri dağıtdı: “Piylənmənin əsas səbəblərindən biri urbanizasiyadır”.

Eyni zamanda, “Le Monde” yazır ki, şəhər və kənd həyat tərzləri bir-birinə çox yaxınlaşıb. Yazıda piylənməyə qarşı mübarizənin daha çox şəhərlərdə aparıldığı xüsusi qeyd olunub. Bu həm də səhv siyasət adlandırılıb.

Son xəbərlər
Bütün xəbərlər »