Şənbə , 24 Avqust, 2019
Baş səhifə / Dünya / Özünü yalandan milyonçu kimi təqdim edən qadına ağır cəza – Foto

Özünü yalandan milyonçu kimi təqdim edən qadına ağır cəza – Foto

512 Views

Dollar
Dollar

Nyu-Yorkda dələduzluqda ittiham olunan Anna Sorokinanın məhkəməsi başa çatıb. Rus psevdomilyonçu 10 maddədən 8-i üzrə təqsirli bilinib. Sorokina azı 4 il həbsxanada keçirəcək.

Bizimyol.info xəbər verir ki, Anna özünü yalandan milyonçu kimi təqdim edərək xeyli adamın pulunu mənimsəməkdə ittiham olunur. 16 yaşı olanda Rusiyadan Almaniyaya köçən Sorokina sonradan ABŞ-a getməyi bacarıb. Burada ilk gündən özünü 60 yaşlı milyonçu atanın varisi kimi təqdim edib. Halbuki atası əslində yük maşını sürücüsüdür.

Anna Sorokina
Anna Sorokina | Foto: nashiusa.com

Sorokina nüfuzlu, varlı adamlarla tanış olmağı bacarıb. Beşulduzlu otellərdə qalır, bahalı restoranlarda nahar edirmiş. Hamısı da başqalarının hesabına. İndiyə qədər ayrı-ayrı adamların 275 min dollarını mənimsəyib. Bir kredit şirkəti ona 22 milyon dollar verməyə hazırlaşırmış.

İki il əvvəl Sorokina həbs olunub. Məhkəmə onun azı 4 il həbsxanada keçirməsini məqbul sayıb. Bu müddətdən sonra rus pdevdomilyonçunun işinə bir daha baxılacaq. Həbs müddəti 12 ilə qədər uzana bilər.