Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Universiteti orta qiymətlərlə oxuyanlar niyə daha uğurlu olurlar?
XIX əsrin sonlarında məktəblərin yaranma səbəbi itaətin tədrisi idi. Buna səbəb sənaye əsrinin yüksəlişi zamanı iri şirkətlərin işçi tələbatının yaranması idi. Həmin dövrdə akademik sistemin məqsədi sual verməyən, itaətkar, üzüyola, sözəbaxan işçilərin yetişdirilməsi idi. Əsas uğurlu olmaq deyil, itaətkar olmaq idi. Beləliklə, standartlaşdırma sınaqdan keçirildi. Akademik sistem yetişən şagirdləri arzuolunan hala gətirməli olan şirkətə çevrildi. Bu sınaqdan keçə bilməyən tələbələr isə bir il daha oxumalı oldular. Təsadüfi deyil ki, çoxumuzun internetə çıxışı olmasına baxmayaraq hələ də dünyada hər gün eyni dərsi deyən on minlərlə lektor var. XIX-cu əsrin sonlarından etibarən düynanın kəskin şəkildə dəyişməsinə baxmayaraq məktəblərdə eyni tədris sistemi işləməyə davam etdi.

İnternetin dünyanı dəyişməsi ilə birlikdə, hər hansı məlumatı öyrənmək üçün ensiklopediyalara əvvəlki qədər ehtiyac qalmadı. Bunun üçün başda Vikipediya, Youtube olmaqla çoxlu sayda online platformadan istifadə etmək olur. Artıq optimal şəkildə məlumata yiyələnməyə kömək edən yüzlərlə proqram var. Dünya sürətlə təşəbbüskar və innovativ iqtisadiyyat dövrünə qədəm qoyur. 2020-ci ilə qədər 1 milyarda yaxın insanın evdən onlayn olaraq ilə işləməsi gözlənilir. Bu səbəbdən üzüyola işçilərə əvvəlki qədər ehtiyac qalmır və rahatlıqla deyə bilərik ki, artıq dövr sənətkarların, yaradıcıların, hakerlər və yenilikçilərin dövrüdür. Həyatımızı sıxıcı hala gətirən səhər 9 – axşam 5 anlayışı geridə qalır. Bütün bunlardan sonra, artıq ali məktəbdə qiymətləri əsasən C olan tələbələrin (bundan sonra “ortabablar”ın) niyə məzun olduqdan sonra əlaçı və zərbəçi həmkarlarından daha uğurlu olduqlarından danışa bilərik.

Onlar akamedik sistemin etibarlılığını sual altında qoyurlar Ortabablar akamedik sistemin oyuncağı olmurlar. Onlar şirkətlər üçün hazırlanmaqdan imtina edirlər. Əslində, bu yoldan qazanılması mümkün nailiyyətlərin fərqindədilər, ancaq ona sitayiş etmirlər və daha da vacibi – onlar sistemin qüsurlarını görə bilirlər. Üstəlik onlara məlumdur ki, məlumat əldə etmək üçün sistemin təqdim elədiyindən başqa üsullar da var və bu sistemin iştirakı olmadan da mümkündür. Beləliklə, akademik sistem onlar üçün maariflənmə yollarından sadəcə birinə çevrilir. “Ortabablar” status-kvo’ya meydan oxumaqdan çəkinmirlər. Hətta bu yanlış istiqamətdə rahatca irəliləməkdən daha çətin olsa belə. Onlar boynubükük müridlər deyillər Ortababları özləri maraqlandırır. Onlar sərhədlərin varlığını sorğulamadan həmin sərhədlər çərçivəsində hərəkət etmirlər. Ortabablara yaşamaq üçün kimdənsə göstəriş lazım deyil, onların öz yolları olur və hamının əksinə axına qarşı üzə bilirlər.

Müdirlərini məmnun etmək və təsirləndirmək onlar üçün maraqlı deyil Ortabablar müdirləri, şefləri və ya rəislərini xoşhal etmək üçün dəridən qabıqdan çıxmırlar. Onlar müəllimlərini, yüksək rütbəliləri sevib hörmət edirlər, ancaq onları bütləşdirmir və hər istəklərini yerinə yetirmirlər. Müəllim onlar üçün uğur bələdçisi deyil, çünki onlara görə artıq tövsiyə məktubu və ya tərcümeyi-hallar əvvəlki qədər önəmli deyil. Onların daha vacib narahatçılıqları var İronik də olsa, əgər əsas dərdin dərəcə qazanmaqdırsa, gələcək haqqında o qədər də düşünmürsən. Ortabablar vaxtlarını səmərəli dəyərləndirmək haqqında daha strateji düşünürlər. Onların sinif yoldaşları hansısa göstərici üçün tər tökəndə, ortabablar xəyallarının ardınca gedirlər. Bu gənclər “yaşamaq” üçün təhsilin bitməsini gözləmirlər. Onların öz uğur anlayışları var Əlaçı və zərbəçilər vizual uğur üçün yaxşı dərəcələrə can atdıqları zaman, ortabablar başa düşürlər ki, uğur yalnız daxildən qaynaqlana bilər. Onlar özlərinə inanır və heç bir simvolik zahiri uğur onların özünə inam və özünəməxsus uğur anlayışları ilə müqayisə oluna bilməz. Başqalarının nə üçün vuruşduğu onlara maraqlı deyil, ortabablar seçdiyi yollarını özləri müəyyən edirlər.Ortabablar digər insanların potensiallarını dəyərləndirməyi bacarırlar.

Əlaçı və zərbəçilər hər işi təkbaşına gördüyü halda, ortabablar ətraflarında istedadlı insanlardan şəbəkə formalaşdırırlar. Henri Ford kimi hər şeyi bacarmadıqlarını etiraf etməkdən çəkinmirlər. Ford’un onu savadsızlıqda günahlandıran ittihamçıya dediyi bu sözləri xatırlamaqda yarar var: “Mənim masamda çoxlu elektron düymə var və mən lazımi düyməni basaraq, özümü həsr elədiyim biznesim haqda narahatçılıqlarımla bağlı istədiyim suala cavab verən müşavirlərimi çağıra bilirəm. İndi zəhmət olmasa deyə bilərsiz, ehtiyacım olan bütün məlumatlara sahib adamlar ətrafımda olduğu halda, niyə mən sadəcə suallara cavab verə bilmək üçün beynimi ümumi məlumatlarla doldurmalıyam?” Onlar özləri öyrənməyə önəm verirlər Ortabab deyə adlandırdığımız adamlar öyrənmə istiqamətlərini başqalarının məsləhəti əvəzinə özləri müəyyən eləməyi üstünlük verir. Təbiətən bağlı olduqları sahəni özləri araşdırıb kəşf eləməyi xoşlayırlar. Bu səbəbdən hadisələri qabaqlamağa çalışmırlar, əvəzinə arzularının arxasınca gedirlərOnlar perfeksionist deyillər.

“Məhsulunuzun ilk buraxılışı sizi utandırmayıbsa, deməli xeyli gecikmisiz.”

– Red Hofman – Linkedin qurucusu

Həll olunmuş iş mükəmməldən daha yaxşıdır. ortabablar bunu bilərək yaşayırlar. Onlar komanda formalaşdırmaq və nəticə əldə etməyə fokuslanırlar. Onlar bilirlər ki , mükəmməlliyətçilik insanı çox get-gələ salır, buna görə də işə girişməyə, səhvlərdən və bazarın tələblərindən nəticə çıxarmağa üstünlük verirlər. Bir çox uğurlu sahibkarların təhsil həyatının çətin keçməsinin səbəbi də bəlkə elə budur. Onlar enerjini necə gəldi xərcləmirlər . Tim Ferris “The 4-Hour Body”(4 saatlıq bədən) adlı ikinci kitabında “minimum effektiv doza” (MED) haqqında danışır. MED arzuolunan nəticəni əldə eləmək üçün yetərli olan dozanı bildirir. Bundan artığı israfçılıqdır.

Sadə qaydada suyu qaynatmaq üçün lazım olan MED 212 Faranheyt və ya 100 dərəcə selsidir. Qaynadığı qədər qaynanmışdır, bundan artıq dərəcə suyu daha çox qaynatmayacaq. Melanosit ifrazı üçün günün altında 15 dəqiqə bəsdirsə həmin 15 dəqiqə günəşlənmə üçün MED-dir . 15 dəqiqədən artığı gərəksizdi və sadəcə bədənin yanmasına və çimərliyi erkən tərk eləməyə səbəb olur . C tələbələri bunu bilirlər .onların məqsədi öyrənməkdir, gerisi israfçılıqdı .bir A nöqtəsindən digərinə gedən yolda itirilən enerji adətən çıxarılacaq nəticə ilə müqayisədə çox böyük olur . Yəni , artıq enerji israfı yaşanır . ortabablar özlərinə lazım olan qədər enerji xərcləyirlər. işlərində səmərəli , effektiv və diqqətli olurlar Xəyalpərəst Əlaçılar və zərbəçilər imtahanda düşəcək suallar üçün qulaqlarını şəkləyəndə ortabablar pəncərədən açılan təbiət mənzərəsinə boylanırlar . Çünki, artıq mühazirədən onlara lazım olan MED-i mənimsəyiblər. Nəticədə, onların hər gün daha gözəl dünyanı xəyal etməyə boş vaxtları yaranır. Onları gələcəkdə reallaşdıracaqları hadisələr düşündürür. Vacib problemlər haqda daxili aləmlərində götür-qoy edirlər.

Mühazirədən qeydlər apardıqlarını fikirləşirsizsə yanılırsız. Həmin vaxt onlar öz ideya və planlarını incələyirlər. Dərsdən sonra da ev tapşırığı üçün MED-i hazırlayandan sonra yerdə qalan zamanın böyük hissəsində ya dostları ilə əylənir, ya da xəyallarını gerçəkləşdirmək üçün çalışırlar.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »