Çərşənbə , 21 Avqust, 2019
Baş səhifə / Dünya / Putin qələbə yürüşündə atasının şəkli ilə – Foto

Putin qələbə yürüşündə atasının şəkli ilə – Foto

1,848 Views

Rusiya Prezidenti Vladimir Putin əlində faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən “Ölümsüz alay” yürüşündə iştirak edib.

Dövlət başçısı hər Qələbə günündə olduğu kimi, əlində müharibədə iştirak edən atasının fotosunu tutub.

Rusiya prezidenti ənənəsinə sadiq qalaraq minlərlə insanın iştirak etdiyi yürüşdə atasını yad edib.

Qeyd edək ki, Putinin atası Leninqradda ağır yaralanmışdı, o, ömrünün qalan hissəsini ayağında şrapnel hissələri ilə keçirib. (Oxu.az)