Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qulaqtəmizləyən çubuqlar təhlükəli imiş - Xəbərdarlıq

Tibb mütəxəssisləri “qulaqtəmizləyən”lərin zərərindən danışmağa başlayıb. Xüsusi pambıq çubuqlarından istifadə etməmək məsləhətdir.

Bizimyol.info xəbər verir ki, qulaq çöpü üzündən xəstəxanaya düşən 31 yaşlı amerikalının başına gələn hadisə bu məsələni bir daha müzakirə mövzusuna çevirib. “The Daily Mail”bununla bağlı yazı hazırlayıb. Orada bildirilir ki, “qulaqtəmizləyən”lər, həqiqətən də, bizə zərər vurur. Qulaq kanalı zədələnir. Dünyada belə minlərlə fakt var. İnsanlar hətta eşitmə qabiliyyətini itirə bilir.

Məsələ təkcə pambıq çubuğun qulaqda ilişməsindən getmir. Həmin çöplər həm də bakteriya daşıyıcısıdır. Qulaq ağrısı, orada hər hansı narahatlıq varsa, hər şeydən əvvəl həkimə müraciət haqda düşünmək lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »