Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya gözəli kökəldi, qınağa tuş gəldi - Foto

Dörd il əvvəl dünya gözəli seçilmiş Paulina Veqa “plyus-sayz” model kateqoriyasına keçməli olub. Bu o deməkdir ki, kolumbiyalı gözəlin çəkisi artıb.

Bizimyol.info xəbər verir ki, model agentliyi onu daha arıq saymadığını bildirib. Cənubiamerikalını artıq çəkidə qınayırlar.

Paulina Veqa Paulina Veqa | Foto: Instagram @paulinavegadiep

Veqa Nyu-Yorkda fəaliyyət göstərən agentlik ilə müsabiqədən 2,5 il sonra sonra müqavilə bağlamışdı. Kolumbiyalı yazır ki, cəmi bir kiloqram kökəlib. Amma agentlik 26 yaşlı modeli yalnız “plyus-sayz” kateqoriysasına layiq bilir.

Veqa kefini pozmadığını söyləyib. Model özünü çox yaxşı hiss etdiyini deyib.

Keçən il “Dünya gözəli” yarışmasında filippinli Katriona Qrey qalib gəlib. O, ölkəsində teleaparıcı, müğənni, teatr aktrisası və model kimi tanınır.

Son xəbərlər
Bütün xəbərlər »