Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ləng çəkiliş effekti mümkündür, yoxsa Neo bizi aldadıb?! - FOTO
The Matrix filminin baş qəhrəmanı Neo’nun döyüş səhnələrində güllələr üstünə gələrkən yavaş-yavaş geriyə doğru əyilərək, təhlükəni sovuşdurduğu səhnələri yəqin ki, xatırlayırsınız. Real həyatda da bəzi hadisələri yaşayanlar buna bənzər hissləri – təhlükəyə yaxın olduqlarında, zamanın yavaşladığını hiss etdiklərini bildiriblər. Bəs bu həqiqətən mümkündürmü?

Təhlükə anında zaman həqiqətən yavaşlayır, yoxsa təhlükədən travma almış insanlar bunu belə xatırlamağa meyllidirlər? Bu sualların cavabı zamanın beynimizdə necə qavranılmasıyla əlaqədar çox əhəmiyyətlidir. Bir neçə amerikalı alim də özlərinə bu sualı verərək, cavab axtarmağa çalışıblar. Bunu anlaya bilmək üçün 45 metr yüksəkliyindəki bir platformadan atılmağın yaxşı bir üsul olduğunu düşünüblər. Bu iş beynin fövqəladə halların necə öhdəsindən gəldiyini, zamanın həqiqətən yavaşlayıb-yavaşlamadığını və Hollywood’un bizi dediklərinin doğru və ya yalan olduğunu meydana çıxara biləcək nəticələr verdi.

Ləng yıxılma

Texasda olan Baylor College of Medicine’də nevroloq-professor David Eagleman təhlükənin həqiqətən də insanların zaman qavrayışlarında dəyişikliyə səbəb olduğunu sübut etmək üçün könüllülərdən ibarət bir qrupu yüksək yerlərdən aşağı atmağa qərar verdi. Bundan əlavə alimlər özləri də bu təcrübədə iştirak etdilər. Heç bir ip ilə bağlanmayan iştirakçılar, təhlükəsizlik tədbiri görülmədən sadəcə aşağıdakı təhlükəsizlik toruna doğru arxası üstə tullandılar. Bu da aşağıda təhlükəsizlik torunun olduğunu unutmağa və ölüm təhlükəsini iliklərinə qədər hiss etmələrinə kömək edən faktor oldu. Təcrübədən sonra könüllülərə havada nə qədər vaxt keçirdikləri soruşulduqda, onlara həqiqi vaxtdan üç dəfə çox havada olduqlarını iddia etdilər.

Könüllülərin düşmə əsnasında ətraflarını ləng çəkiliş effektiylə görüb-görmədiklərini müəyyən etmək məqsədiylə Eagleman və komandası “qavrayış xronometrajı” adını verdikləri qolbağ yaradaraq, könüllülərin qoluna bağlayıblar. Xronometrajın özəlliyi ekranında bir sıra rəqəmləri ard-arda göstərməsi və düşmənin sonuna yaxınlaşdıqda rəqəmlərin dəyişmə sürətinin artması, düşüşün sonunda isə artıq könüllülər tərəfindən oxunması mümkün olmayacaq qədər sürətli dəyişməsiydi. Lakin əgər təhlükə anında zaman həqiqətən də ləng çəkiliş effektiylə qavranılsaydı, könüllülər çox sürətli dəyişən bu rəqəmləri olduğundan daha yavaş görər, oxuma imkanı tapa bilərdilər. Lakin nəticə göstərdi ki, onlar bunu edə bilməyiblər. Bu isə o deməkdir ki, Neo’nun yaşadığı bütün zaman oyunları əslində həqiqətə uyğun deyil.

Bu halda belə demək olar ki, əvvəllər bunu hiss etdiyi iddia edən insanlarla əslində hafizələri oyun oynayır. İnsan qorxduğu zaman beyninin amigdala adlanan hissəsi daha aktiv işləməyə başlayır və bunun da nəticəsində daha çox xatirə toplanmağa başlayaraq, hadisənin olduğundan daha uzun çəkdiyini hiss edir. Eyni hal həm də yaşlandıqca zamanın daha tez keçməsi hissiylə bağlıdır. Balaca vaxtı hər şey insanlara yeni gəldiyi üçün onlar haqqında daha çox xatirə toplayırlar. Yaşlanmağa başladıqca isə beynimiz o qədər çox xatirə toplaya bilmir deyə, zamanın da daha sürətli keçdiyi hissi bizi rahat buraxmır.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »