Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böcəklər İsveçi məhv edir - Foto

İsveçdə xırda böcəklər ölkə iqtisadiyyatıma böyük zərər vurur. Hətta meşə yanğınları bu qədər ziyan gətirə bilməzdi.

Bizimyol.info xəbər verir ki, zərərin miqdarının 625 milyon dollar olduğu bildirilir. Söhbət tipoqraf böcəklərindən gedir. Bu həşəratlar xüsusilə meşələrə böyük zərər yetirir.

İsveçdə mütəxəssislər bu problemi də qlobal istiləşməyə bağlayırlar. Böcəklər isti, quru hava şəraitində asanlıqla çoxalırlar.

Böcəklər İsveçi məhv edir Foto: Lino Mirgeler / DPA / Globallookpress.com

Əslində, İsveçin iqlimi parazitlər üçün əlverişli deyil. Sadəcə, qlobal istiləşmə onların da xeyrinə işləyir.

İsveç Meşə Agentliyinin ən bədbin proqnozuna görə, böcəklər 2019-cu ildə 12,5 milyon kubmetr ərazini məhv edə bilər. Halbuki bu qədər meşə ərazisinin yalnız 15 faizində hər il ağaclar kəsilir.

Keçən il böcəklər 4 milyon kubmetr ərazini sıradan çıxarmışdı. Problem ondadır ki, həşəratlar daha çox bahalı ağac növlərinə zərər vurur. Bunların çoxunun 100 ilə qədər yaşı var.

Son xəbərlər
Bütün xəbərlər »