Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu günə qədər ən çox satılan 10 məşhur kitab - SİYAHI
Pahoo.az sizi dünyada ən çox satılan 10 kitab siyahısıyla tanış edir. Qeyd edək ki, siyasi və dini görüşləri əks etdirən kitablar siyahıya əlavə edilməyib.

1. Charles Dickens, “İki şəhərin hekayəti” – 200 milyon nüsxə

Kitabda günahsız yerə Parisdə yerləşən həbsxanalardan birində 18 il keçirdikdən sonra, köhnə dostlarından birinin köməyiylə xilas olan Dr. Manette’in təsadüf nəticəsində Londona qayıdışı və bunun ardınca da meydana gələn Fransa İnqilabının həyatlarına təsirlərindən bəhs edir.

2. J.R.R.Tolkien, “Üzüklərin hökmdarı” – 150 milyon nüsxə

Oxford Universitetinin professoru J. R. R. Tolkien’in yazdığı epik fantaziya janrında romandır. Hekayə Tolkien’in uşaqlar üçün yazdığı 1937-ci il tarixli Hobbit’in davamı olaraq başlayır, daha sonra isə ondan da büyük bir əsər halına gəldi. Böyük hissəsi II. Dünya Müharibəsində olmaqla, 1937-1949 illər arasında mərhələlərlə yazılıb.

3. J.R.R.Tolkien, “Hobbit” – 140,6 milyon nüsxə

Kitab Bilbo Baggins və başına gələn əhvalatlardan danışır. Bir-birindən maraqlı obrazlar və daima inkişafda olan hadisələr bu əsəri hər kəsə sevdirib.

4. Antoine de Saint Exupery, “Balaca şahzadə” -140 milyon nüsxə

Əsərdə böyüklərin dünyası bir uşağın gözündən bəhs edirlər. Çölə düşən bir pilotun Balaca Şahzadəylə qarşılaşmasıyla başlayan kitab iyirmi yeddi hissədən ibarətdir.

5. J.K.Rowling, “Harry Potter və Fəlsəfə daşı” – 107 milyon nüsxə

Harry Potter kitabları hər zaman olduqca çox satılıb. Bu məşhur personajın kitabları siyahını monoton edə bilərdi deyə, onun ən çox satılan kitabını əlavə etmişik.

6. Agatha Christie, “On kiçik qaradərili” – 100 milyon nüsxə

Keçmişdə qəbul etdikləri qərarlar, etdikləri səhvlər ucbarından insanların ölümünə səbəb olan 10 insan bunu sirr olaraq saxlayırlar. Bir gün Una Nancy Owen adında bir şəxsdən məktub alır və tətil məqsədiylə Zənci adasındakı dəbdəbəli malikanəyə dəvət edilirlər. Hər şey də bundan sonra başlayır.

7. Cao Xueqin, “Qırmızı otaqda yuxu” – 100 milyon nüsxə

Cao Xueqin’in öz ailəsini və eyni zamanda Qing Xanlığının yüksəliş və çöküşündən bəhs edir. Kitab obrazların çoxluğu və psixoloji aspektləriylə yanaşı, 18-ci əsr Çin aristokratiyasının detallı təhlili kimi də dəyərlidir.

8. Henry Rigerds Haggard, “Ayişə” – 100 milyon nüsxə

Roman Cambridge’li macərapərəst Horace Holly’nin mənəvi oğlu Leo Vincey ilə birlikdə Afrikanın dərinliklərinə etdikləri bir səyahətdən bəhs edir.

9. C.S.Lewis, “Narniya gündəlikləri” – 85 milyon nüsxə

Peter, Susan, Edmund və Lucy sehrli şkafın içindəki keçidə daxil olur və Narniyaya keçid edirlər… Ancaq Narniya daha əvvəlki kimi deyil. Pis niyyətli cadügər tərəfindən dondurulmuş və hər fəsildə qışı yaşamaqdadır.

10. Dan Brown, “Da Vinçi şifrəsi”- 80 milyon nüsxə

Roman Luvr muzeyində qoca mühafızəçinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır…

Son xəbərlər
Bütün xəbərlər »