Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dalai Lama bu sözləri ilə müasir təhsil sistemini sorğulayır
Biz bir-bizimizi mühakimə etməyə çox meylliyik və nəticədə insanı bir şəxsiyyət kimi dəyərləndirməkdənsə, onun sahib olduğu kağızlara, dərəcələrə əhəmiyyət veririk.

Dünyada ən vacib şeylərdən biri də, heç şübhəsiz ki, təhsildir. Təhsil faktorunun bir cəmiyyətin və fərdin həyatında nə qədər əhəmiyyətli rol oynadığınıheç kim əsaslı şəkildə inkar edə bilməz. Buna baxmayaraq, müasir təhsil sistemi heç də ideal deyil və bir çox hallarda insanın adının qarşısına dərəcə əlavə etməkdən başqa bir işə yaramır. Halbuki, təhsil öyrənmə prosesidir və bu prosesdə biz təkcə dünyanı deyil, özümüzü də öyrənməli, dərk etməliyik.

Einstein də dəfələrlə bu mövzuya toxunub. Müasir zəmanədə insanın ağlı onun diplomunda göstərilən dərəcə ilə ölçülür. Bunun isə intellekt ilə heç bir əlaqəsi yoxdur. Siz intellektini sübut etmək üçün hər hansı bir kağız parçasına ehtiyac duymamalısınız.

Faktiki olaraq, Albert Einstein də etiraf edirdi ki, “Mən heç vaxt təhsil prosesinin mənim öyrənməyimə mane olmasına icazə verməmişəm.” Einsteinin digər bir güclü fikri isə belə deyir:

Hər kəs dahidir. Lakin siz balığı ağaca çıxmaq qabiliyyəti ilə mühakimə etdikdə, balıq bütün ömrünü axmaq olduğunu düşünərək keçirəcək.”

Dalai Lamanın mühakiməsi bu problemi işıqlandırır.

Dalai Lamanın mühakiməsi bu problemi işıqlandırır. Biz bir-bizimizi mühakimə etməyə çox meylliyik və nəticədə insanı bir şəxsiyyət kimi dəyərləndirməkdənsə, onun sahib olduğu kağızlara, dərəcələrə əhəmiyyət veririk. Belə olduğu halda isə, intellekt ikinci plana, göstəriş isə birinci plana keçir. Təhsil sitemi də bizə nəyi istədiyimizi deyil, nələri istəməli olduğumuzu diqtə edir. Bu da individuallığı məhv edir, insanın az qala bir ömür boyu özünü tapmamasına səbəb olur.

Bütün bunlar dahilərin gözündən də yayınmır. Mayın 16-da Facebookda yazdığı bir statuda Dalai Lama bu problemə tamamilə sabit bir mövqeylə yanaşır:

“Müasir təhsil sistemi material şeylər üzərində mövqelənməsi və daxili dəyərləri gözardı etməsi ilə natamamdır. Biz beynimizin və hisslərimizin necə işlədiyini bilmək məcburiyyətindəyik. Əgər biz indidən etibarən uşaqları daxili dəyərlərə diqqət edərək maaarifləndirməyə başlasaq, gələcəkdə daha fərqli, sülh dolu və mərhəmətli dünya əldə edəcəyik”

Xülasə, biz hər birimiz dərk etməliyik ki, insanları kağız parçası ilə dəyərləndirmək və ya dəyərdən salmaq doğru deyil. Beynimizi və qəlbimizi zənginləşdirməliyik və cəmiyyətin dediklərinin buna heç bir təsiri olmamalıdır.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »