Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Alim deyilik ki, Avropanı tanıyaq” - Nura Şəbnəmi müdafiə etdi
Müğənni Nura Suri ATV-də yayımlanan "Ən yaxşısı” proqramında qonaq olub.

O, intelektual suallara cavab verə bilməyən həmkarlarını müdafiə edib.

"Hansısa bir müğənni Eynşteyni tanımaya bilər, Avropa haqda məlumatsız ola bilər. Oraya aid olan şəhərləri, hansısa ölkənin paytaxtını bilməyə bilər. Bunun işi oxumaqdır, alim deyil ki, ona irad tutaq. Əgər onun savadı çatıb, cavab verə bilməyibsə, mənim üçün onun insanlığı silinmir. Hörmətim varsa, elə də davam edir. Amma insanlar var ki, elə savadlıdır, hörmətlidir ancaq pislik edir. Xahiş edirəm hər şeyi şişirtməyin. Bizi İnstaqramda biabır etməyin”.

Qeyd edək ki, verilişlərin birində müğənni Mətanət Əsədova dünyaca məşhur alim Eynşteyni tanımamışdı, Şəbnəm Tovuzlu isə Amerikanı Avropanın paytaxtı adlandırmışdı.(Axşam.az)

Son xəbərlər
Bütün xəbərlər »