Cümə axşamı , 22 Avqust, 2019
Baş səhifə / Flaş / “Özümüzü uşaq kimi apardıq” – “Barselona”nın ulduzundan acı etiraf

“Özümüzü uşaq kimi apardıq” – “Barselona”nın ulduzundan acı etiraf

676 Views

Liverpul-Barselona qarşılaşmasından kadr
Liverpul-Barselona qarşılaşmasından kadr | Foto: Oli Scarff / AFP

“Barselona”nın Çempionlar Liqasının yarımfinalında “Liverpul”a 4:0 hesabı ilə uduzmasını sensasiya adlandırmaq olar.

Birincisi, İspaniya klubu ilk oyunda böyük hesabla (3:0) qalib gəlmişdi. İkincisi, “Liverpul” cavab qarşılaşmasına əsas oyunçularından Məhəmməd Salahsız, Roberto Firminyosuz çıxmışdı.

Liverpul-Barselona
Liverpul-Barselona qarşılaşmasından kadr / Foto: Getty Images

Bizimyol.info xəbər verir ki, “Barselona”nın aparıcı futbolçularından Luis Suares “Marca” qəzetinə açıqlamasında komandasını tənqid edib. O, xüsusilə dördüncü qol üçün “özümüzü uşaq kimi apardıq” deyib. Həmin epizodda “Liverpul”lular “Barselona”nın oyunçularını hazırlıqsız yaxalamışdı. Künc zərbəsi zamanı qonaq komandanın futbolçuları çox məsuliyyətsiz davranmışdı. Divok Origi də fürsətdən məharətlə istifadə etmişdi.

Luis Suarez
Luis Suarez | Foto: PA Wire

Suares komanda yoldaşlarını tənqidlərə hazır olmağa çağırıb. Onun fikrincə, indi baş verənləri analiz etmək lazımdır. Müəyyənləşdirmək gərəkdir ki, finala çıxmaq şansını necə əldən verdilər.