Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qalatasaray” “Barselona”dan futbolçu alır
“Fulhem”dən Rayan Babellə anlaşan “Qalatasaray” ikinci transferinə hazırlaşır.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbul klubu müdafiənin sağ cinahına futbolçu cəlb etməyi planlaşdırır. “Sarı-qırmızılar” “Sivasspor”da icarə əsasında oynayan, “Barselona”nın müdafiəçisi Duqlasla böyük ölçüdə anlaşıb. Kataloniya klubu braziliyalı futbolçu ilə yolları ayırmağı düşünür. Bu səbəbdən də Duqlas “Qalatasaray”a pulsuz başa gələcək.

28 yaşlı futbolçu cari mövsüm 29 oyuna 3 qol vurub, 7 assist edib.

Son xəbərlər
Bütün xəbərlər »