Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Küçəmizə darvaza qoyun": Məşhur turist yerlərində yerli sakinlər boğaza yığılıb - Fotolar

Səyahəti sevməyən çox az adam olar. Hamımız turistlərin diqqətini çəkən məşhur yerlərə getməyi, orada çoxlu şəkil çəkdirməyi çox xoşlayırıq. Amma yerli sakinləri necə bezdirməyimizin fərqinə varmırıq.

Bizimyol.info xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzeti bununla bağlı məqalə dərc edib. Yazıda bir neçə belə turistlərin sevimli yerlərinin aqibəti haqda danışılıb.

Leonardo Di Kaprionun iştirakı ilə çəkilən “Çimərlik” filminə çox adam baxıb. Film Tailandın Phi-Phi-Ley adasındakı Mayya çimərliyində çəkilmişdi. İndi oranı məhz turistlərin üzündən bağlayıblar. Adaya gələnlər ətraf mühiti çox çirkləndirirlər. O dərəcədə ki, mərcan rifləri tamamilə sıradan çıxıb, xeyli su sakini zərər görüb.

Tailand, Phi-Phi-Ley adası Tailand, Phi-Phi-Ley adası | Foto: Pixabay.com

Aprelin əvvəllərində Paris sakinləri şəhər rəhbərliyinə Ryu Kremye küçəsinə darvaza qoyulması üçün müraciət etmişdi. Çünki yerli sakinlər səs-küydən evində rahat yaşaya bilmir.  İncəsənət çalarları ilə zəngin balaca küçələr bir vaxtlar Fransada gizli yer sayılırdı. İndi orada turist əlindən tərpənmək olmur. Səyahət blogerləri yerli sakinləri lap boğaza yığıb. Evinə daxil olmaq üçün yüzlərlə adamı yarıb keçməli olursan.

Paris, Ryu Kremye küçəsi Paris, Ryu Kremye küçəsi | Foto: Depositphotos

Ryu Kremye sakinləri “İnstagram” istifadəçilərinin əlindən çox beziblər. Buna qarşı mübarizə üçün sosial şəbəkədə “Clubcremieux” akkauntu yaradıblar. Burada özünü pis aparan turistlərin şəkilləri, videolar yerləşdirilir. İndi akkauntun 17 min izləyicisi var.

Londondakı məşhur Nottinq-Hill küçəsinin sakinləri də xoşbəxt deyil. Foto çəkdirənlərin əlindən doğma küçədə rahat gəzə bilmirlər.

Hollandiya, Kinderdeyk kəndi Hollandiya, Kinderdeyk kəndi | Foto: Фото: Getty Images / NurPhoto / Nicolas Economou

Kinderdeyk adlı qədim holland kəndində overturizm insanları o qədər bezdirib ki, evlərini tərk etmək qərarına gəliblər. Bu kəndə ildə azı 600 min turist gəlir. Balaca kənd üçün çox böyük yükdür. Tərslikdən bura gəlmək də rahatdır. Kinderdeyk Rotterdam şəhərindən 15 km məsafədə yerləşir. Kənddə isə cəmi 60 nəfər yaşayır. Sakinlər Hollandiya hökumətinin turist axınını tənzimləməsini istəyir.

Hollandiya, Kinderdeyk kəndi Hollandiya, Kinderdeyk kəndi | Foto: Global Look Press / Günter Lenz / imagebroker

Paytaxt Amsterdamda məşhur Qırmızı fənərlər küçəsinə böyük diqqətdən yorulublar. Səyahət blogerləri bura kütlə halında gəlir. Amsterdan meri 2020-ci ilin yanvarından həmin küçələrə girişi bağlayacaqlarını açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »