Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingiz Avropanı valeh etdi - 13-dən 5-ə qalxdıq

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Çingiz “Truth” mahnısını canlı ifa edərək şousunu göstərib. Səhnədə üçbucaq formal, kənarları işıqlı dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğa effektləri verilib və qadın surəti peyda olub. Bundan əlavə, səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirir. Həmçinin Çingizi 5 bek-vokalçı müşayiət edib.

Press otağında ifaçının performansı hər kəsi təəccübləndirib və alqışlanıb. Çingizin məşqi bukmeyker proqnozlarına da təsir edib. Belə ki, 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 5-ci pillədə öz yerini tutub.

Son xəbərlər
Bütün xəbərlər »