Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
500 kiloqramlıq öküz qadın matadoru əzişdirdi - Video

İspandilli ölkələrdə öküz döyüşləri çox məşhurdur. Hətta qadınlar da korrida iştirakçısı olur.

Bizimyol.info xəbər verir ki, Meksikada 500 kiloqramlıq öküz matador qadının çənəsini sındırıb. “Daily Mail” qəzetinin yazdığına görə, hadisə Puebla şəhərində baş verib. Ağırçəkili öküzlə şou zamanı 32 yaşlı qadın matador Hilda Tenerio ciddi xəsarət alıb.

Bu cür tamaşalar böyük stadionlarda keçirilir. Öküz döyüşünə baxmağa minlərlə adam gəlir. Matador qonaqları maksimum əyləndirməyə çalışır. Əsasən öküzü hirsləndirib məqsədinə çatmağa imkan vermirlər. Axırda isə heyvanı öldürürlər.

Hər il minlərlə insan korridaların daha məşhur olduğu İspaniyada küçələrə buna etiraz üçün aksiyaya çıxır. Məsələn, axırıncı belə aksiyada 18 min adam iştirak etmişdi. Etirazçılar öküzlərin öldürülməsini zorakılıq adlandırmışdılar. Onlar korridaların qadağan olunmasını tələb edirlər.

Son xəbərlər
Bütün xəbərlər »