Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Liverpul”un əsas futbolçuları “Barselona” ilə oyuna çıxmayacaq

“Liverpul”un Çempionlar Liqasının finalına vəsiqə qazanmaq şansı yüksək deyil.

İngiltərə klubu “Barselona” ilə ilk oyunda böyük hesabla (0:3) uduzub. “Liverpul” öz meydanında keçirəcəyi cavab qarşılaşmasında məhz böyük hesabla qalib gəlməlidir.

Bizimyol.info xəbər verir ki, Yurgen Kloppun komandası meydana tam heyətlə çıxa bilməyəcək. Liderlərdən sayılan Məhəmməd Salah və Robertə Firmino oynamayacaq.

Məhəmməd Salah Məhəmməd Salah

Misir milli komandasının futbolçusu “Nyukasl” ilə oyunda zədələnmişdi. Klopp deyir ki, Salah özünü pis hiss etmir, amma meydana çıxmayacaq. Belə görünür ki, “Liverpul”un baş məşqçisi Çempionlar Liqasının finalından əlini üzüb. Klopp oyunöncəsi mətbuat konfransında Firminonun da oynamayacağını deyib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin digər cütündə “Tottenhem”lə “Ayaks” güclünü müəyyənləşdirməyə çalışır. İngiltərədə keçirilən ilk oyunda Hollandiya klubu 1:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər
Bütün xəbərlər »