Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi “Barselona”da görmək istədiyi futbolçuların adlarını çəkdi

“Barselona” 26-cı dəfə İspaniya çempionu oldu. Çempionlar Liqasının qalibi olmaq şansı da böyükdür. Amma bu o anlama gəlmir ki, İspaniya futbol klubunun heyətində dəyişiklik olmayacaq.

Bizimyol.info xəbər verir ki, “Barselona”nın lideri Lionel Messi növbəti mövsüm üçün komandada görmək istədiyi futbolçuların adlarını çəkib. Onun fikrincə, Kataloniya təmsilçisinin qapıçıya, mərkəz müdafiəçisinə və hücumçuya ehtiyacı var.

Matteys de Liqt Matteys de Liqt | Foto: Erwin Spek/Soccrates/Getty Images

“Don Balon” nəşrinin yazdığına görə, Messi konkret adlar da deyib. Argentinalı ulduz “Ayaks”dan iki futbolçunun komanda yoldaşı olmasını istəyir. Messi Kamerun milli komandasından Andre Onananın və Matteys de Liqtin Kataloniyaya gəlməsini arzulayır. Hərçənd, holland müdafiəçini “Barselona”nın rəhbərliyi istənilən halda teransfer etməyi düşünürdü.

Luka Yoviç Luka Yoviç | Foto: Getty Images

Hücumçulardan “Ayntraxt”da oynayan Luka Yoviç və PSV-li İrvinq Losanonun oyunu Messinin xoşuna gəlir.

Maraqlıdır ki, Matteys de Liqti portuqaliyalı ulduz Kriştiano Ronaldo da bəyənir. O, “Yuventus”da görmək istədiyi 6 oyunçunun arasında hollandın da adını çəkmişdi.

Son xəbərlər
Bütün xəbərlər »